Şükür etməyin mərtəbələri

Şükür — insana çatan ehsan və nemətin müqabilində təşəkkür etmək deməkdir. Əxlaq alimlərinin nəzərinə görə, şükrün üç mərtəbəsi vardır: elm, hal və əməl.
Elm halın yaranmasına səbəb olar, hal da əməlin yaranmasına səbəb olar.
Şükür üç mərtəbədə həyata keçər.

Davamı →

Uğurun açarı

Biz əminliklə deyə bilərik ki, uzunmüddətli uğurun açarı – minnətdarlıqdır.
Həyatını minnətdarlıq hissi ilə keçirən insanlar onun necə bir möcüzə olduğunu daim xatırlayırlar. Çünki onlar öz uğurlarının bəhrəsini görürlər, ondan zövq alırlar və daha böyük uğurlara can atırlar.Hətta nəsə plan üzrə getmədikdə belə, şükürlü insanlar buna müvəqqəti bir hal kimi baxırlar.
Bu insanların əksinə olaraq naşükür insanlar heç vaxt həqiqətən xoşbəxt ola bilmirlər. Onlar işlərində uğur qazananda belə sevinmirlər. Onlar üçün uğur qazanmaq – içində çox böyük bir dəliyi olan qabı doldurmağa çalışmaq kimi bir şeydir. Xoşagəlməz hallar isə onları məyus edir və qəzəbləndirir.

Davamı →

Quranda şükür səhnələri

İslam alimləri şükrə belə bir tərif veriblər: Şükür hər nemətin Allahdan gəldiyini bilmək və dil ilə Uca Yaradanı həmd və tərif etməkdir. Eyni zamanda Allahın bəxş etdiyi nemətləri Onun halal buyurduğu yollarda istifadə etmək, Allah-Təalanın əmrlərini yerinə-yetirib, günahlardan çəkinmək və insanların haqq yola gəlməsi üçün çalışmaq, təbliğ-təşviq etmək də şükrün bir növüdür.
Şükür  neməti yox, bu neməti bəxş edəni görməkdir. Bu neməti verəni görmək də xeyirli əməllərlə mümkündür. Bu kimi əməllər qəlb, dil və digər orqanlarla ifa edilir. Qəlbin şükrüyaxşı əməllərə niyyət etməklə, dilin şükrüdaima həmd və şükür etməklə, orqanların şükrü isə onları halal və doğru yollarda istifadə etməklə olur.
Davamı →

Verdiklərinə şükür

Hər nemətin Allahdan gəldiyini bilərək Onun verdikləri müqabilində qulun həmd etməsi sayılan şükür əslində geniş mənalar ifadə edir. Şükrün yolu əvvəlcə Rəbbimizin bizə vermiş olduğu nemətləri görməkdən keçir. Ona görə də sözə nemətlərdən başlamaq yerində olar. Uca Rəbbimiz Qurani-Kərimdə “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”, — buyuraraq (İbrahim, 33) bizi təchiz etdiyi nemətlərin çoxluğuna diqqət çəkir. Dünyaya insan olaraq gəlmək Yaradanın bizə bir lütfü olduğu kimi saysız-hesabsız nemətlərin əhatəsində yaşamağımız da Onun ayrı bir ikramıdır. İnsanı insan edən, kamillik zirvəsinə yüksəldən bu nemətləri görüb dərk etməsi və Rəbbini tanımasıdır. Bizə verilən nemətləri kateqoriyalara ayırmalı olsaq, maddi və mənəvi nemətlər başlığı altında cəmləşdirə bilərik.
Davamı →

Həyata bax!

Həyata bax. Nə gözəldi, elə deyilmi? Sən dünyanı olduğu kimi görə bilirsən. Hal-hazırda bu məqaləni oxuyub, nəticə çıxarırsan. Sevdiyin insana saatlarla dayanıb baxa bilərsən. Ancaq «O» isə 35 illik həyatında hələ görə bilmədiyi dünyanın, 2 il əvvəl səsinə heyran olub, üzünü görə bilmədiyi insanın xəyallarıyla yaşayır. Ürəyin darıxdığında durub gəzirsən, istədiyin yerə gedə bilərsən. Kimsənin köməyinə ehtiyacın yox.
Övladın olduğunda onu bağrına basıb, doyunca qoxladınmı? Onun qayğısına qalmaq,
Ardı →

Şükürsüz günümüz olmasın!..

Kəskin qarlı, dağıdıcı küləkli bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı.
Ardı →